logo

Ana səhifə

Biz kimik

Yeni nəsil kibermüdafiə

Yeni nəsil kibermüdafiə

"Cyber Point" hansı üstünlüklərə sahibdir?

-  Kibertəhlükəsizlik xidmətləri: Biz, müştərilərimizə dünya standartlarına cavab verən kibertəhlükəsizlik xidmətləri təklif edirik. Keyfiyyətimizi qorumaq üçün infrastrukturumuzu və təhlükəsizlik mexanizmlərimizi daima təkmilləşdiririk.
-  Peşəkar komanda: Bizim ən böyük sərvətimiz mütəxəssislərdən ibarət heyətimizdir. Hər bir əməkdaşımızın karyera inkişafını dəstəkləyir, onlar üçün təlimlər təşkil edir və komfortlu iş mühiti yaradırıq.
-  Müxtəlif sahələrdə iş təcrübəsi: Əməkdaşlarımıza bank, təhsil, sağlamlıq kimi fərqli sahələrdə təcrübə toplamaq imkanları yaradırıq.
-  Rəqabətli əməkhaqqı: Komandamız bizim üçün dəyərlidir və bu dəyəri onlara hər cəhətdən hiss etdirməyə çalışırıq. Əməkdaşlarımıza rəqabətli əməkhaqqı təklif edirik. Nəticədə, insan resurslarına verdiyimiz dəyər onların inkişafına kömək edir.
- “Offensiv” düşünmə: Müdafiə mexanizmlərimizi qurarkən və hücumları qarşılayarkən bir “attacker” kimi düşünürük. Bizə görə hücumu anlamaq müdafiəni inkişaf etdirmək baxımından vacibdir. Devizimiz "think red, act blue"dur, yəni hücumu düşün və müdafiəyə hazırlıqlı ol.

“Cyber Point” öz xidmətləri ilə nə vəd edir?

1. Qabaqlayıcı təhlükəsizlik məhsulları və konfiqurasiya: Ən effektiv antivirus və digər preventiv təhlükəsizlik mexanizmlərini təqdim edirik. Onları ən yaxşı praktikalar əsasında konfiqurasiya edir, hədəf hücumlarının qarşısını almaqda yardımçı oluruq.
2. Hücumların aşkarlanması və izlənməsi: Xidmətlərimizə “detection” (aşkarlamaq) da daxildir. 7/24 monitorinq və insident müdafiəsi sayəsində hücumların qarşısını alırıq.
3. Mütəxəssislərin təlimi və sensibilizasiya: Şirkət əməkdaşlarının kibertəhlükəsizliyə həssaslığını və hücumlara qarşı daha ehtiyatlı olmasına diqqət edirik.

"Cyber Point" xidmətlərindən kimlər yararlana bilər?

"Cyber Point" şirkətinin xidmətlərindən həm özəl, həm də dövlət qurumları və sahibkarlıq subyektləri faydalana bilərlər. Əsas müştəri hədəfimiz orta və böyük sahibkarlıq subyektləri olsa da, kiçik müəssisələrə də özlərini kibertəhlükəsizlik baxımından gücləndirməyi tövsiyə edirik. Statistikalar göstərir ki, kiçik müəssisələr daha çox hədəf kimi seçilir və onlar üçün kiber hücumlardan müdafiə olunmaq vacibdir. Şirkətimiz özəl və dövlət sektorundakı kritik infrastrukturlara təhlükəsizlik xidmətləri göstərir. Bu göstərir ki, şirkətimiz ölkənin təhlükəsizliyini təmin etmək baxımından peşəkar və sertifikatlı bir təhlükəsizlik təchizatçısıdır. "Cyberpoint" şirkəti kibertəhlükəsizlik sahəsində sizə etibarlı tərəfdaşdır.